xeberler.az : Bu tətbiqlə poçt göndərişlərinizi izləyə bilərsiniz

Azərbaycanda poçta tez-tez üz tutan insanların işini asanlaşdırmaq üçün daha bir mobil tətbiq yaradılıb.

Belə ki, Poçt Plus ölkəmiz üzrə 1600-dan çox poçt məntəqələrinin yerləşmə nöqtələrini, göstərdikləri xidmət haqqında məlumatları, Azərpoçt MMC -yə məxsus ATM bankomatlarının yerləşməsini özündə toplayır.

Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, tətbiq poçt məntəqələrini indeksə və xidmət etdiyi küçəyə görə axtarışını və istifadəçinin yerləşdiyi əraziyə ən yaxın poçt məntəqələrini tapmaq imkanı yaradır.

Qeyd edilib ki, Poçt+ tətbiqi vasitəsi ilə istifadəçi poçt göndərişlərini izləmək və yenilikləri barədə bildirişləri əldə edə bilər. Həmçinin, onlar Poçt xəbərlərini izləmək, bu günə uyğun valyuta məzənnəsi ilə tanış olmaq imkanı da əldə edir.

Tətbiq istifadəçilərə poçt markaları haqqında məlumatları əldə etmək və onları dostları ilə sosial şəbəkələrdə paylaşmaq imkanı yaradır.

Onu da bildirək ki, layihə Milli İnternet Mükafatı- MilliNet 2107-də “Elektron hökumət mobil tətbiqi” Nominasiya üzrə 3-cü yerə layiq görülüb.

Həmçinin, Poçt Plus Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibi seçilib. 

Mənbə: http://xeberler.az/new/details/bu-tetbiqle-poct-gonderislerinizi-izleye-bilersiniz-poct-plus--19552.htm