Xeber Plus - Millinet 2018
Azertech tətbiqləri barədə

Ötən həftə dekabr ayının 21-də Park inn Hotel Baku keçirilən Milli İnternet mükafatının Yekun Təqdimat mərasimi keçirildi. Bu il müsabiqədə bir neçə tətbiqlərim nominasiya almışdır. Həmin tətbiqlər barədə əvvəlki yazımda oxuya bilərinsiniz.
Xəbər Plus tətbiqim "Media və informasiya mobil tətbiqi" nominasiyası üzrə 2ci yerə layiq görüldü. Həmin nominasiyada yerlər aşağıdakı kimi bölünmüşdü.
Tətbiqlə yanaşı Xəbər Plus həmçinin Telegram-da da mövcuddur. Amma tətbiqdən fərqli olaraq, burada ancaq hadisə, fövqəladi xəbərlər əks olunur. Həmin kanala aşağıdakı link ilə abunə ola bilərsiniz.
Digər nominasiyalar üzrə qalibləri öyrənmək üçün Milli İnternet mükafatının rəsmi saytından öyrənə bilərsiniz