Təqlid oyunu

Kompüter elmlərindən incilər

Təqlid oyunu

Əlbəttə, maşınlar insan kimi düşünməyi bacarmırlar. Maşın insandan fərqlidir. Beləliklə, onlar fərqli düşünürlər. Maraqlı sualdır ki, sadəcə ona görə ki, nesə səndən fərqli düşünürsə, o deməkdir ki, o düşünmür? Bəli, biz insanlara digərlərindən fərqlənməyə icazə veririk. Siz çiyələk xoşlayırsınız, mən xizəyi sevmirəm, siz kədərli filmə baxdıqda ağlayırsınız, mənim isə toza allergiyam var. Fərqli zövqün, fərqli seçimlərin nə mənası var, əgər bu bizim beyinlərimiz fərqli işləməyini, bizim fərqli düşündüyümüzü izah etmirsə? Və əgər biz bunu özümüz haqqında deyə biliriksə, niyə biz bunu mis və məftil, metaldan yaradılmış beyin üçün deyə bilmərik?

Mən təklif edirəm ki, bu sualı araşdıraq, "Maşınlar düşünə bilirlərmi?". Bu "maşın" və "düşünmək" terminlərinin mənasını anlamaqdan başlayır. Onların mənası elə tərtib edilə bilər ki, onların normal istifadəsi mümkün olsun, amma bu cür davranış təhlükəlidir, Əgər "maşın" və "düşünmək" sözlərinin mənasının axtarışında onların adətən necə istifadə olunmasını istifadə etsək, "Maşınlar düşünə bilirlərmi?" sualının cavabı "Gallup" sorğusunun statistik araşdırmasından tapılacağından qaçmaq çətin olacaq. Amma bu mənasızdır.

Problemin yeni formasını oyunun qaydaları ilə təsvir edə bilərrik, biz bunu "təqlid oyunu" adlandırırıq. Bu 3 nəfər ilə oynanılır, kişi (A), qadın (B) və təhqiqatçı (C) hansı ki, istənilən cinsdə ola bilər. təhqiqatçıbu iki nəfərdən fərqli bir otaqda qalır. Oyunun məqsədi təhqiqatçının digər iki otaqda olan şəxsin kişi və ya qadın olmasını təyin etməlidir. O onları X və Y nişanı ilə tanıyır və oyunun sonunda o "X A-dır və Y B-dir" və ya "X B-dir və Y A-dır" deməlidir. Təhqiqatçı A və B -yə suallar verməyə icazə verilir.

Səs tonunun təhqiqatçıya kömək etməsin deyənə cavablar yazılmalıdır, və yaxud daha yaxşı olardı ki, maşın yazısı olsun. Mükəmməl düzülüş elə olardı ki, bu iki otaq arasında teleprinter olsun. Bundan başqa suallar və cavablar ortaq şəxs tərəfindən təkrarlansın. Üçüncü şəxs (B) üçün oyunun mənası təhqiqatçıya kömək etməkdir. Onun üçün əsas strateqiya ondan ibarətdir ki, doğru cavablar versin. O öz cavablarına bu cür sözlər əlavələr etsin "Mən qadınam, mənə qulaq asmayın!", amma bunun heç bir köməyi olmayacaq, əgər digər şəxs eyni qeydllər etsə.

İndi isə biz sual veririk, "Əgər oyunda A əvəzində maşın iştirak etsəydi, nə baş verərdi?". Təhqiqatçı oyun zamanı səhv anlayardı ki, oyun eləcə kişi və qadın arasında aparılır? Bu sual bizim orijinal sualı əvəzləyir, "Maşınlar düşünə bilirlərmi?" Süni intellekt ilə əlaqədar 3 fəlsəfi sual vardır:

  1. Maşının yerinə yetirə biləcəyinin sərt məhdudiyyətləri varmı?
  2. İntellektual maşınlar təhlükəlidirmi?
  3. Maşının insanda olduğu kimi zəkaya, şüura və mental vəziyyətə malikdirmi? Maşının müəyyən hüquqlara malikdirmi?