Milli Net 2018 - Nominantlarım

intenetlə əlaqəli olan nə varsa

Milli Net 2018 - Nominantlarım

Bu il artıq ikinci dəfə Milli İnternet Mukafatın (bundan sonra Milli Net) keçirtdiyi müsabiqəsində mobil tətbiqlər və sosial media resursları ayri nominasiyalar üzrə qəbul edildi. Amma bu il, 2017-ci il ilə müqayisədə daha az mobil tətbiq müsabiqəyə göndərildiyi üçün 2 Nominasiyada rəqabət yaranmadığından onlar digər nominasiyalara köçürüldü.

  • Elektron hökumət və maliyyə - bank mobil tətbiqləri
  • Köməkçi mobil tətbiqlər və oyunlar

nominasiyaları birləşdirildi.

Mən də bu il ərzində üzərində işlədiyim tətbiqləri və internet resusrları müsabiqəyə göndərmişdim və onların bir qismi növbəti mərhələyə keçdi.

"Media və informasiya mobil tətbiqi" Nominasiyası üzrə Xəbər plus tətbiqi növbəti mərhələyə keçdi. Bu tətbiq adicə xəbər aqreqatoru olmaqla yanaşı həmçinin onun oxunmasını mobil cihazda rahat edən, ancaq sizə maraqlı olan xəbərləri filtrləmək imkanı olan, 20 -yə yaxın xəbər portalların xəbərlərini izləyən mobil tətbiqdir. Xəbərləri yüklənən zaman internet trafiki də minimal istifadə olunur. Tətbiqlə yanaşı Xəbər Plus həmçinin Telegram-da da mövcuddur. Amma tətbiqdən fərqli olaraq, burada ancaq hadisə, fövqəladi xəbərlər əks olunur. Həmin kanala aşağıdakı link ilə abunə ola bilərsiniz.

https://t.me/xeberplus


"Elektron hökumət və maliyyə - bank mobil tətbiqi" Nominasiyası üzrə 2 tətbiq göndərmişdim. Hər ikisi qəbul edildi. Pocht plus tətbiqi ilə keçən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibi və eyni zamanda Milli Net 2017 müsabiqəsində "Elektron hökumət mobil tətbiqləri" Nominasiyası üzrə 3 yerə layiq oldu.

Bankomat plus tətbiqini "Bank mobil tətbiqləri" nominasiyası üzrə göndərmişdim, amma həmin nominasiyada lazımi qədər rəqabət olmadığından elə öncə qeyd etdiyim kimi Elektron hökumət mobil tətbiqləri ilə birlikdə qəbul edildi.


"Təhsil mobil tətbiqi" Nominasiyası üzrə elə yeganə təhsil tətbiqi olan Semestr Balı tətbiqim keçdi. Hələ bakalavr vaxtı Android proqramlaşdırmağı öyrənəndə ilk yaratdığım tətbiqlərdən idi. 5 il ərzində 50 minə yaxın yüklənmə sayı var, və hələ də sessiya öncəki aylarda yüzlərlə feedback gəlir, və hələ də tələbələr üçün aktual istifadə edilir. Bax bu sevindirir. Sadə kalkulyator tipli tətbiq olsa da işə yarıyır.


"Köməkçi mobil tətbiqlər və oyunlar" Nominasiyası üzrə

Avtobusların izlənilməsi tətbiqim qəbul edildi.