Bayrama 3 gün qaldı

yaşamla bağlı yazılar

Bayrama 3 gün qaldı

Bayrama 3 gün qaldı. Amma hələ də bayram abu havasını hiss etmirsizsə, komandamıza xoş gəlmisiz)) Bu bloq yazısında çalışdım azacıq da olsa yeni ili yada sala biləcək şeylər paylaşım. İlk müsiqidən başladım. Əvvəlcədən qeyd edim ki, biz milad bayramını qeyd etməsək də, istər istəməz xaricdə miladdan danışırlarsa bizdə onun ekvivalenti yeni ildi! Qəribə olsa da belədi, məsələn evdə yolka qururuq və s. Ona görə pop-kulturada nə varsa onu qərbdən çəkirik özümüzə.

Musiqi listində Yeni ilin himninə çevrilən ABBA qrupunun möhtəşəm "Happy New Year" mahnısı ilə yanaşı filmlərdən və illər ərzində televiziyada dəfələrlə verilən musiqilərdən ən məşhurların seçdim. Bonus olaraq 2 saatlıq Jazz musiqisini də əlavə etdim, işləyən zaman arxa fonda dinləmək xoş abu hava yaradır. Məsləhətdi! :)


Əlbəttə musiqi ilə yanaşı kinofilmləri yada salaq. İlk ağla gələn əlbəttə Macaulay Culkin ilə olan "Home Alone (Evdə tək)" film seriyasından 1 (1990) və 2-ci (1992) hissələr. Əslində onun bir çox bölmələri var, amma ilkin original ssenariya malik olanı elə Macaulay Culkin oynadığı ilk 2 bölmədi. Düşünürəm film haqqında xüsusi nesə deməyə ehtiyac yoxdu, çunki artıq 28 ildi, hər il bütün telekanallarda təkrar göstərirlər.

Yeri gəlmişkən keçən həftə illərlə televiziyada yox olan Macaulay Culkin 1 dəqiqəlik Google Assistentin reklam çarxında çəkilib, reklam həmin "Home alone" filminin müasir dövrdə olan versiyasını təqdim edir. Əgər evdə google assistent ilə işləyən google home cihazı olsa idi, nə kimi köməkliyi dəyərdi. 1 dəqiqəlik olsa da 1 həftəyə 32 milyona yaxın baxılma ilə yanaşı 560 min like sayı var.

Serialları da unutmayaq. Sevdiyim 3 serialın məhz milad bayramına aid bölümlərinin siyahını paylaşıram. Friends - serialına demək olar hamı baxıb, baxmayan olsa da ən azından nesə bir şey eşidib onun haqqında. Office -absurd ofis həyatını göstərən serial düşünürəm bir çoxlarımızın (ofis-planktonlarının) həyatını qabarıq şəkildə təsvir edir. Və əlbəttə ki, How i met your mother -serialı.


Yeni ilə aid bizə yeni lazımi abu havanı yarada biləcək film, musiqi və yaxud başqa bir şey varsa şərh bölməsində yazın.